05 dekabr 2025 14:24
469

Rusiya və Hindistan BMT Təhlükəsizlik Şurasında hərtərəfli islahatların aparılmasına çağırış ediblər

Rusiya və Hindistan BMT Təhlükəsizlik Şurasında hərtərəfli islahatların aparılmasına çağırıblar.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Bildirilir ki, bu barədə 23-cü Rusiya-Hindistan illik sammitindən sonra qəbul edilmiş birgə bəyanatda deyilir

Bəyanatda deyilir: "Tərəflər BMT Təhlükəsizlik Şurasında müasir qlobal reallıqları əks etdirmək və onu beynəlxalq sülh və təhlükəsizlik məsələlərinin həllində daha təmsilçi, effektiv və səmərəli etmək üçün hərtərəfli islahatların aparılmasına çağırdılar."

Rusiya həmçinin Hindistanın islahat edilmiş və genişləndirilmiş BMT Təhlükəsizlik Şurasında daimi üzvlük üçün namizədliyini qətiyyətlə dəstəklədiyini bir daha təsdiqləyib.