İnnovasiya iqtisadiyyatı üzrə araşdırma platforması olan “StartupBlink” 2025-ci il üçün “StartupBlinkStartup Ecosystem Awards” reytinqinin nəticələrini açıqlayıb.
“İki sahil” xəbər verir ki, nəticələrə əsasən, Azərbaycanın innovasiya ekosistemi Mərkəzi Asiya üzrə “Ən Böyük Qlobal İrəliləyiş” mükafatına layiq görülüb. Belə ki, Azərbaycan son reytinqdə 6 pillə irəliləyərək bu kateqoriyada Mərkəzi Asiya ölkələri arasında ən yüksək göstəriciyə nail olub. “Ən Böyük Qlobal İrəliləyiş” mükafatı Azərbaycanın innovasiya siyasəti operatoru İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə (İRİA) təqdim edilib. “StartupBlink”in hesabatında qeyd edilir ki, İRİA-nın fəaliyyəti nəticəsində ölkədə innovasiya infrastrukturu and startap siyasəti əhəmiyyətli dərəcədə inkişaf edib. Bundan əlavə, İRİA-nın innovasiya sahəsində liderliyi və dayanıqlı startap ekosistemi quruculuğu vurğulanıb.
Qeyd edək ki, “StartupBlink Startup EcosystemAwards” hər il dərc edilən və “StartupBlink” platformasının qlobal alqoritmlərə əsaslanan innovasiya reytinqidir. Builki reytinqdə 18 ölkə arasından 40 parametr əsasında seçilmiş 22 ekosistem mükafatlara layiq görülüb.
Tahir Budaqovla BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreyeva arasında görüş keçirilib
Azərbaycan və Oman arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Azərbaycan və Oman aqrar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalaya bilər
Bu ilin dekabrın 15-dək “Şahdağ Turizm Mərkəzi” QSC-ni 300 min turist ziyarət edib