01 dekabr 2025 13:30
156

Tramp Federal Ehtiyat Sisteminin sədri vəzifəsinə namizədini seçib

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FES) növbəti sədri vəzifəsinə namizədi seçdiyini açıqladı. O, namizədin adını çəkməyib.

“İki sahil” xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

"Kimi seçəcəyimi bilirəm, bəli. Biz bunu elan edəcəyik", - deyə Tramp Floridadan Andrews Hərbi Hava Qüvvələri Bazasına uçarkən jurnalistlərə bildirib .

Tramp Milli İqtisadi Şuranın direktoru Kevin Hassettin FED-in yeni sədri olub-olmayacağı ilə bağlı suala cavab verməkdən yayınıb.