Cənubi Koreyada ixracın həcmi 6 aydır davamlı olaraq artır.
"İki sahil" “Reuters”ə istinadla xəbər verir ki, artımın başlıca səbəbi dünyada texnologiyaya tələbatın artması və ABŞ-la əldə edilən ticarət razılaşmasıdır. Razılaşma əsasən avtomobil sektorunda ixracın sürətlənməsinə səbəb olub. Asiyanın dördüncü iqtisadiyyatında noyabrda ixrac həcmi 61 milyard dolları ötüb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz çoxdur.
İxracatda ən ciddi artım 38,5 faizlə yarımkeçiricilər və 13,7 faizlə avtomobil sektorunda qeydə alınıb.