İranın vitse-prezidenti İsmayıl İsfahaninin həyat yoldaşı Germsar–Tehran magistralında baş verən yol qəzası nəticəsində həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Məlumata görə, siyasətçinin ailə üzvlərinin olduğu avtomobil ölkənin şimalındakı Semnan vilayətində yük maşını ilə toqquşub. Qadın hadisə yerində dünyasını dəyişib, onun üç övladı və atası isə yardım göstərilməsi üçün Germsardakı tibb mərkəzinə aparılıb, daha sonra Tehrandakı tibb müəssisələrindən birinə köçürülüblər
Hadisənin təfərrüatları açıqlanmayıb.
ABŞ Konqresinə Rusiya ilə dizel yanacağı müqaviləsini bloklayan sənəd təqdim edilib