"Changzheng-7A" ("Böyük yürüş-7A") daşıyıcı raketi bazar günü "Shi jian-28" eksperimental peykini uğurla orbitə çıxarıb.
“İki sahil”in "China Daily"ə istinadən verdiyi məlumata görə, raketin buraxılışı Haynan adasındakı Vençan kosmodromundan Pekin vaxtı ilə 20:20-də (Bakı vaxtı ilə 16:20-də) həyata keçirilib. Peyk daşıyıcıdan ayrıldıqdan sonra uğurla nəzərdə tutulan orbitə çıxıb.
Cihaz əsasən, kosmik mühitin tədqiqi, eksperimentlərin aparılması və müxtəlif texnologiyaların sınaqdan keçirilməsi üçün istifadə olunacaq.
Cənubi Qafqazda baş verənlər bizim üçün böyük əhəmiyyət kəsb edir - Sergey Kopırkin