Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan və Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı İstanbulda keçirilən görüşdə əməkdaşlıq perspektivlərini, o cümlədən "Tramp Marşrutu" (TRIPP) layihəsi çərçivəsində yeni iqtisadi, logistika və ticarət imkanlarını müzakirə edib.
Tərəflər Ermənistan və Türkiyə arasında müntəzəm təmasların vacibliyini vurğulayıb, dialoqun davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.
"Görüşdə Qars və Gümrü arasında dəmir yolu əlaqəsinin bərpası imkanları, eləcə də "Tramp Marşrutu" layihəsi vasitəsilə hər iki ölkə üçün yeni iqtisadi, logistika və ticarət imkanları müzakirə olunub", - məlumatda bildirilir.
Tərəflər həmçinin bazarların şaxələndirilməsi, yeni logistika marşrutlarının formalaşdırılması və qarşılıqlı iqtisadi maraqların genişləndirilməsi məsələlərini müzakirə ediblər.
"Report"
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndə hərbi əməliyyata başlayıb
Maduro: Venesuela ordusu bu il 39 narkotik qaçaqmalçılığı təyyarəsini məhv edib
Yük qatarının qəzaya uğraması dəmir yolu nəqliyyatında ciddi çətinliklər yaradıb