29 noyabr 2025 17:58
264

Şəmkirin ərazisi 3000 ağacla yaşıllaşdırılıb

Şəmkir rayonunun ərazisi yeni ağaclarla yaşıllaşdırılır.

Rayon icra hakimiyyətindən “İki sahil”ə verilən məlumata görə, bu ilin ötən dövründə rayonda yaşıllıqların artırılması, ətraf mühitin mühafizəsi və karbon emissiyalarının azaldılması yolu ilə iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə vermək üçün 3000-ə yaxın yeni ağac tingi əkilib. Rayondakı küçələrin, magistral yolların kənarları, parklar və digər ərazilər əsasən çinar, şam, palıd və digər növdə torpaq-iqlim şəraitinə uyğun ağaclarla və dekorativ gül kolları ilə yaşıllaşdırılıb. Əkilən ağaclara aqrotexniki qulluq göstərilir, suvarılması təmin edilir.

İlin sonunadək yeni ağac tinglərinin və dekorativ gül kollarının əkilməsi davam etdiriləcək.