Bakıda Azərbaycan Qiymətləndiricilər Palatasının təşəbbüsü ilə Beynəlxalq Qiymətləndirmə Forumu keçirilib.
Bu barədə "Report"a Palatadan məlumat verilib.
Bildirilib ki, tədbirdə müxtəlif ölkələrin qiymətləndirmə palatalarının və cəmiyyətlərinin rəhbər şəxsləri iştirak ediblər.
Forum çərçivəsində Palatanın sədri Nüsrət İbrahimov, TDUB İdarə Heyətinin üzvü, Ankara Universitetinin professoru, beynəlxalq ekspert Harun Tanrıvermiş, Gürcüstan Qiymətləndiricilər Assosiasiyasının prezidenti, iqtisad elmləri doktoru, RICS Kral Sertifikatlı Qiymətləndiricilər Cəmiyyətinin üzvü, REV tanınmış Avropa Qiymətləndiricisi, daşınmaz əmlak, daşınar əmlak və biznes üzrə sertifikatlı qiymətləndirici, 2024-cü ildən Avropa Biznesin Qiymətləndirilməsi Standartları Komitəsinin (BVSC) üzvü, 2022-2024-cü illərdə Avropa Daşınmaz Əmlakın Qiymətləndirilməsi Standartları Komitəsinin (TEGOVA) üzvü Nino Beraia, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri, regional ekspert Sovetbek Zakirov və Qazaxıstan Milli Qiymətləndirmə Palatasının rəhbəri Mirzabek Amanbayev məruzələrlə çıxış ediblər.
Tədbir çərçivəsində iştirakçı ölkələrin nümayəndələrinin iştirakı ilə dəyirmi masa baş tutub. Görüşdə beş yeni istiqamət üzrə standartlaşdırma çərçivəsi, regional əməkdaşlıq imkanları, 2026-2027-ci illər üçün ortaq standart proqramı müzakirə olunub. Həmçinin milli qiymətləndirmə standartlarının beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb, bu istiqamətdə koordinasiya və əməkdaşlığın gücləndirilməsi ilə bağlı mühüm qərarlar qəbul edilib.
Bundan əvvəl ötən gün isə Gürcüstan Qiymətləndiricilər Assosiasiyasının prezidenti, iqtisad elmləri doktoru, RICS Kral Sertifikatlı Qiymətləndiricilər Cəmiyyətinin üzvü, REV Tanınmış Avropa Qiymətləndiricisi, Gürcüstan qanunvericiliyinə əsasən daşınmaz əmlak, daşınar əmlak və biznes üzrə sertifikatlı qiymətləndirici, 2024-cü ildən Avropa Biznesin Qiymətləndirilməsi Standartları Komitəsinin (BVSC) üzvü, 2022-2024-cü illərdə Avropa Daşınmaz Əmlakın Qiymətləndirilməsi Standartları Komitəsinin (TEGOVA) üzvü Nino Beraia Azərbaycan Qiymətləndiricilər Palatasının inzibati binasında təlim-seminar təşkil edib.
“Qarabağ KOB-ları” layihəsinin iştirakçılarının sayı 2025-ci ildə 100 olmaqla, ümumilikdə 200-ü ötüb
Turizm şirkətlərinin Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfərləri təşkil edilib
Sumqayıtda daha 188 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilir
İİTKM nümayəndəsi Şanxayda “Qlobal Cənub Beyin Mərkəzləri Dialoqu”nda çıxış edib