SOCAR-ın Təhlükəsizlik İdarəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə İdarə əməkdaşları arasında voleybol və stolüstü tennis turnirləri keçirilib.
“İki sahil” şirkətə istinadla xəbər verir ki, noyabr ayı ərzində davam edən yarışlar “Neftçi İdman Klubu” İctimai Birliyi ilə birgə təşkil olunub və ümumilikdə turnirlərə Təhlükəsizlik İdarəsinin 100-dən çox əməkdaşı qatılıb.
11 komandanın mübarizə apardığı voleybol turnirində
• 1-ci yerə Təhlükəsizlik İdarəsinin İdarəetmə Aparatının komandası,
• 2-ci yerə 1 saylı komanda,
• 3-cü yerə isə 30 saylı komanda çıxıb.
12 nəfərin mübarizə apardığı stolüstü tennis yarışında isə
• 1-ci yeri 1 saylı komandanın mühafizəçisi Pərvin Əkbərov,
• 2-ci yeri 29 saylı komandanın qarovul rəisi Xəlfəqulu Vəliyev,
• 3-cü yeri isə 30 saylı komandanın rəis müavini Vüqar Əliyev tutub.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO