Energetika naziri Pərviz Şahbazov Xızı rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbulda vətəndaşların qaz təchizatı, kəndin qazlaşdırılması, qaz sayğaclarının quraşdırılması, elektrik enerjisi təchizatı, küçə işıqlandırılması, elektrik dirəklərinin istismar vəziyyəti, elektrik xətlərinin çəkilməsi, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib.
Qaldırılan məsələlərin mövcud normativ-hüquqi aktlara uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Bakı və Sumqayıt şəhərləri, Xızı və Abşeron rayonlarından olan 27 vətəndaş iştirak edib.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb