25 noyabr 2025-ci il tarixində Bakıda SPE 2025 Xəzər Texniki Konfransının açılış mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, tədbiri açan SOCAR-ın vitse-prezidenti Babək Hüseynov çıxışında Azərbaycanın qlobal enerji sənayesində bir əsrdən artıq liderliyini, Xəzərin strateji rolunu və sənayenin qarşıdakı mərhələdə innovasiya ehtiyacını vurğulayıb.
Babək Hüseynov 30-dan çox ölkədən 100 şirkəti təmsil edən 500-dən çox mütəxəssisin Bakıda toplaşmasının regiona olan beynəlxalq etimadın göstəricisi olduğunu bildirib. Vitse-prezident rəqəmsallaşma, süni intellekt, avtomatlaşdırma və yeni texniki bacarıqların gələcək inkişaf üçün həlledici olacağını qeyd edib.
Konfrans plenar sessiyalar, texniki bölmələr ilə davam etdirilir. Tədbir çərçivəsində SPE regional mükafatları təqdim olunub.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO