İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Pakistan İslam Respublikasına səfər edib.
“İki sahil” xəbər verir ki, Nazirlikdən bildirilib ki, səfər çərçivəsində bir sıra görüşlər keçirilib, tərəfdaşlığa dair müzakirələr aparılıb.
Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşdə iqtisadi əlaqələrin gücləndirilməsində investisiya tərəfdaşlığının önəmi vurğulanıb. Həmçinin ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf perspektivləri qeyd olunub. Ticarət, enerji, sənaye, tranzit, turizm və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanları dəyərləndirilib.
Pakistanın Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasının milli koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşdə enerji, sərmayələr və digər istiqamətlər üzrə münasibətlərin gücləndirilməsi imkanları qeyd olunub. Neft-qaz sektoruna sərmayələr də daxil olmaqla, qarşılıqlı investisiya axınının artırılması, birgə layihələrin təşviqi və biznes dairələri arasında işgüzar münasibətlərin fəal dəstəklənməsi haqqında fikir mübadiləsi aparılıb.
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək