25 noyabr 2025 17:05
708

YAP Bərdə rayon təşkilatı partiya veteranları ilə görüş keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı "Konstitusiya və Suverenlik İli" çərçivəsində yubileyi tamam olan YAP veteranları ilə görüş keçirib.

“İki sahil” xəbər verir ki, görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya partiya veteranlarını anadan olmalarının 70 və 75 illiyi münasibətilə təbrik edib. Sədr çıxış edərək bildirib ki, onlar təskilatımızdan YAP-a üzv olmaqları ilə Ulu öndər Heydər Əliyev ideyalarına  inam və  ehtiramlarını nümayiş etdirib, Partiyamiza sədaqətlə xidmət edərək ona  möhkəm bağlı olduqlarını əməli işlərində təsdiq ediblər. Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tövsiyəsinə uyğun olaraq Partiyanın üzvü olan sadiq yubilyarlar unudulmur və onlara qayğı diqqət mərkəzində saxlanılır.

Görüşdə 75 yaşı tamam olan, işlədiyi dövrdə Ulu öndər Heydər Əliyevin imzası ilə "Respublikanin Əməkdar həkimi" fəxri adına layiq görülmüş, partiya fəalı olmuş Zeynəb Əliyeva və 70 yaşı tamam olan, partiya fəalı olmuş Əlişov Akif Ulu öndər Heydər Əliyevin yaratdığı Partiyanın üzvü olmaqdan qürur duyduqlarını bildiriblər və Partiya sıralarında olduqları ötən müddət ərzində bəzi xatirələrini bölüşüblər. Bugün də Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbələri önə çəkərək Zəfər tariximizlə  fəxr etdiklərini bildiriblər.

Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya YAP veteranlarını təşkilatın Fəxri Fərmanı ilə təltif edib və hədiyyələrlə mükafatlandırıb.

Sonda veteranlarla xatirə şəkilləri çəkdirilib.