Azərbaycan və İsrail neft-qaz sahəsində birgə fəaliyyətin dərinləşdirilməsini müzakirə edib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində hesabında bildirib.
"İsrail Dövlətinə işgüzar səfərimiz zamanı bu ölkənin energetika və infrastruktur naziri Eli Kohen ilə görüşməkdən məmnun olduq",- deyə nazir qeyd edib.
M.Cabbarov görüş zamanı həm də enerji və su sektorlarında mövcud əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsinin aparıldığını əlavə edib.
#İsrail Dövlətinə işgüzar səfərimiz zamanı bu ölkənin energetika və infrastruktur naziri Eli Kohen (@elicoh1) ilə görüşməkdən məmnun olduq.
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 21, 2025
Görüş zamanı #enerji və su sektorlarında mövcud əməkdaşlığın gücləndirilməsi, #neft-#qaz sahəsində birgə fəaliyyətin dərinləşdirilməsi… pic.twitter.com/r8ZV6MmFvT
Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb