16 noyabr 2025 21:50
112

Ağcabədidə baş verən yol qəzasında sürücü ölüb

Ağcabədi şəhərinin Səməd Vurğun küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, “Opel” markalı minik avtomobili “VAZ-2106” və “Mercedes” markalı avtomobillərlə toqquşub. Qəza nəticəsində “VAZ-2106”nın sürücüsü hadisə yerində ölüb. Bir nəfər isə xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.