Almaniyanın Dortmund şəhərində Beynəlxalq Avropa Elmi Araşdırmalar Konqresi keçirilib.
“İki sahil” xəbər verir ki, Avropa Elmi və Təhsil Araşdırmaları Mərkəzinin, Beynəlxalq Demokratlar Birliyinin, Almaniya Krım Tatarları Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirə Türkiyə, Azərbaycan, Mərkəzi Asiya ölkələri və Avropadan elm, mədəniyyət və diaspor nümayəndələri qatılıblar.
Tədbirdə ölkəmizi Avropa Azərbaycan Mərkəzinin sədri və Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Zaur Əliyev, Alman Azərbaycan “Mugam” təşkilatının sədri, pianoçu və pedaqoq Səbinə Məmmədova, diaspor fəalı və pedaqoq Samirə Kərimova təmsil ediblər.
Konqresin məqsədi Türk dünyasının nümayəndələrini elmi və ictimai platformada bir araya gətirmək, müxtəlif ölkələrdə yaşayan türksoylu xalqların təmsilçiləri arasında əlaqələri gücləndirmək, gələcəyə yönəlik əməkdaşlıq və həmrəylik üçün zəmin yaratmaq olub.
Tədbirin açılış mərasimində təqdim olunan türk, Azərbaycan, eləcə də Kırım tatarlarının mədəniyyətinə aid musiqi və rəqs nömrələri gecəyə xüsusi rəng qatıb. Eyni zamanda, konqresdə Türk dünyasının mədəniyyəti, tarixi, türk dilləri, elm və texnologiya, diaspor, inteqrasiya, Krım tatarlarının tarixi və bugünkü durumu kimi mövzular diqqət mərkəzində saxlanılıb.
Belçika XİN: Kiyevdəki Azərbaycan səfirliyinə zərbə endirilməsindən dərin narahatlıq duyuruq
Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Daşkənddə keçirilən beynəlxalq konqresin iştirakçıları yekun bəyannamə qəbul ediblər