15 noyabr 2025 21:11
96

Şəkidə 50 yaşlı kişi qətlə yetirilib

Şəkidə 50 yaşlı şəxs qətlə yetirilib.

“İki sahil” xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Turan qəsəbəsində baş verib.

Belə ki, 1975-ci il təvəllüdlü Mehman Bayramov kəsici alətlə öldürülüb.

Cinayəti törətməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Sədi Heydərov könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.