Azərbaycan Respublikasının İlk Elektron Platforması olan AzEns.org.az saytı tamamilə yenilənmiş dizayn və funksionallıqla ictimaiyyətə təqdim olunur.
“İki sahil” xatırladır ki, bu ensiklopedik platformanın əsası hələ 2012-ci ildə YAP Gənclər Təşkilatı tərəfindən qoyulmuşdur.
Təsis edildiyi vaxtdan bəri AzEns.org.az, dəfələrlə dövlət tərəfindən qrantlarla mükafatlandırılmış və etibarlı məlumat bazası kimi özünü doğrultmuşdur.
Saytda yer alan məlumatlar xarici dillərdən tərcümə edilmiş və arxiv materialları əsasında araşdırılmışdır.. AzEns.org.az bu günə qədər bir çox televiziya proqramları, məqalələr və "Vikipediya"da mənbə olaraq istifadə edilir.
Platformanın yaradıcısı və layihə rəhbəri Jalə Orucova bildirir ki, istənilən şəxs platformada könüllü olaraq iştirak edə bilər, öz yazıları və ya tərcümələrini yerləşdirə bilər. Bu, AzEns.org.az-ın məzmununu daha da zənginləşdirməyə və ictimai iştirakçılığı təmin etməyə xidmət edir.
BDU ilə Çinin Anhui Universiteti arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub
Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə I konfrans keçirilib