11 noyabr 2025 01:44
86

Əl Şaraa və Tramp Suriya-ABŞ əlaqələrinin gücləndirilməsini müzakirə ediblər

Suriya və ABŞ prezidentləri - Əhməd Əl Şaraa və Donald Tramp Ağ Evdə keçirilən görüşdə rəsmi Dəməşqlə Vaşinqton arasında ikitərəfli əlaqələrin gücləndirilməsini müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Suriyanın Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində xəbər yayıb.

"Görüş zamanı tərəflər Suriya Ərəb Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətləri və onları gücləndirməyin yollarını, eləcə də qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələləri müzakirə ediblər", - paylaşımda bildirilir.

Görüşdə ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Suriyanın xarici işlər naziri Əsəd Əş-Şeybani, onun amerikalı həmkarı Marko Rubio və ABŞ-nin Suriya üzrə xüsusi elçisi Tomas Barak da iştirak ediblər.

İki lider arasında görüş 10 noyabrda Ağ Evdə baş tutub.