11 noyabr 2025 00:28
85

ABŞ Suriyaya qarşı sanksiyaları və ixrac nəzarəti tədbirlərini yumşaldıb

ABŞ Suriyaya qarşı tətbiq olunan sanksiya rejiminin və ixrac nəzarəti tədbirlərinin yumşaldıldığını elan edib.

“İki sahil” xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirliyi açıqlayıb.

Açıqlamada bildirilib ki, ABŞ Suriyanın terrorizmin dövlət sponsoru kimi təyin edilməsini nəzərdən keçirməyə davam edəcək.

Bəyanata əsasən, sanksiyalar 180 gün müddətinə dayandırılıb. Lakin "Sezar Qanunu" çərçivəsində Rusiya və İranla aparılan əməliyyatlara dair məhdudiyyətlər qüvvədə qalır. ABŞ-ın mülki təyinatlı mallarının, texnologiyanın və proqram təminatının Dəməşqə köçürülməsinə icazə verilir.

Eyni zamanda, ABŞ Suriyanın sabiq prezidenti Bəşər Əsədə qarşı sanksiyaları qüvvədə saxlayır.