10 noyabr 2025 22:22
81

Ağ Ev administrasiyası hökumətin yenidən açılması planını dəstəkləyib

Ağ Ev administrasiyası hökumətin yenidən açılması planını dəstəkləyərək, Senatdakı son səsverməni şatdauna son qoymaq üçün müsbət irəliləyiş adlandırıb.

“İki sahil” xəbər verir ki, Ağ Evdən verilən bəyanatda bildirilir ki, Prezident Tramp ilk gündən Demokratlar Partiyasının bağladığı hökumətin yenidən açılmasını istəyib."Senatdakı səsvermə müsbət bir inkişafdır və biz onun irəliləyəcəyini səbirsizliklə gözləyirik”, - deyə bəyanatda bildirib.

Nümayəndələr Palatasının keçirəcəyi səsvermədən sonra bu həftə ərzində ABŞ-da şatdauna son qoyulacağı gözlənilir.