Bu ilin 23-29 noyabr tarixlərində Azərbaycandan Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə biznes missiyanın təşkili planlaşdırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Afrika-Azərbaycan Əməkdaşlıq Təşkilatı (AFAZ) məlumat verib.
Qeyd edilib ki, missiya çərçivəsində Azərbaycan-Efiopiya biznes forumu, B2B və B2G formatlarında görüşlər keçiriləcək, həmçinin sənaye parklarının və istehsal müəssisələrinin fəaliyyəti ilə tanışlıq planlaşdırılır.
Bundan başqa, "MÜSİAD Ethiopia", MESOB mərkəzində ("ASAN Xidmət"in analoqu), yerli dövlət qurumlarında, eləcə də ticarət palatası və digər ticarət assosiasiyaları ilə görüşlər nəzərdə tutulub.
Missiyanın əsas məqsədi iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin yaradılması və Azərbaycan biznesinin Afrika bazarına çıxış imkanlarının genişləndirilməsi imkanlarının müzakirəsindən ibarətdir.
Xatırladaq ki, ötən ilin noyabrında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Efiopiyanın dövlət naziri Aklilu Tadessenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə ölkələr arasında iqtisadi əməkdaşlıq potensialının reallaşdırılmasının əhəmiyyəti vurğulanıb, ticarət, investisiya, "yaşıl enerji" sahələrində tərəfdaşlıq imkanları nəzərdən keçirilib.
Tərəflər Azərbaycanın sənaye parkları sahəsində təcrübəsindən istifadə və işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib, əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin, biznes subyektlərinin iştirakı ilə işgüzar tədbirlərin təşkilinin, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıblar.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib