ABŞ Prezidenti Donald Tramp 2020-ci il seçkiləri zamanı alternativ seçici siyahısı yaratmaq və "seçki saxtakarlığını ifşa etmək" planında iştirak etdiyi ehtimal olunan əsas şəxslərin ümumi əfvini elan edib.
“İki sahil” "ABC news"a istinadən xəbər verir ki, bunu ABŞ-nin federal prokuroru Ed Martin bildirib.
Onun sözlərinə görə, Tramp Rudi Culiani, Sidni Pauell, Boris Epşteyn, Con İstmen və Mark Medouzu, eləcə də 2020-ci il seçkilərinin nəticələrinə etiraz cəhdləri ilə əlaqəli olduğu ehtimal edilən digər 72 şəxsi də əfv edib.