Yaponiyanın müdafiə naziri Şinjiro Koizumi bildirib ki, ölkənin donanması üçün nüvə sualtı qayıqları əldə etmək imkanları nəzərdən keçirilməlidir.
“İki sahil” xəbər verir ki, bu barədə “Asahi” qəzeti məlumat yayıb.
Nazirin sözlərinə görə, Yaponiya ətrafındakı geosiyasi vəziyyət o qədər mürəkkəbləşib ki, Tokio ya dizel yanacağı ilə işləyən sualtı qayıqlardan istifadəni davam etdirməli, ya da nüvə reaktoru ilə təchiz edilmiş qayıqlara üstünlük verməlidir.
Nəşr xatırladır ki, oktyabrın 29-da ABŞ–Cənubi Koreya sammiti zamanı Cənubi Koreya Prezidenti ABŞ-dan nüvə sualtı qayıqları üçün yanacaq tədarükünə icazə istəyib. Bir gün sonra isə ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın nüvə sualtı qayıqlarının tikintisinə razılıq verdiyini açıqlayıb.