Türkiyənin Rize şəhərində 84 nəfər qidadan zəhərlənib.
“İki sahil” "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Muradiye rayonunda mövlud oxudulan evlərdən birində baş verib.
Belə ki, qonaqlar onlar üçün hazırlanan yeməyi yedikdən sonra bulantı və qusma yaşayıblar.
Ümumilikdə 84 nəfər zəhərlənmə diaqnozu ilə yerli xəstəxanada hospitalizasiya edilib. Onlardan bəzilərinin vəziyyətinin orta-ağır olduğu qeyd olunub.
Hadisə ilə bağlı Kənd Təsərrüfatı və Meşəçilik İdarəsi tərəfindən araşdırma aparılır.
Ukraynanın Dnepropetrovsk və Zaporojye bölgələrindən əhali məcburi təxliyə edilir