Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumların tibbi müayinələri həyata keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, müayinələr çərçivəsində məhkumların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə nevroloji, kardioloji, stomatoloji, terapevtik, laborator və digər sahələr üzrə xidmətlər göstərilib, hər bir məhkumun tibbi göstəriciləri ətraflı şəkildə yoxlanılıb.
Aparılan müayinələr məhkumların sağlamlıq durumuna operativ nəzarətin təmin edilməsi və vaxtında profilaktik tədbirlərin görülməsi məqsədi daşıyır.
Bakı-Qazax yolunda təmir səbəbindən avtomobillərin hərəkət istiqaməti dəyişdirilib