İğdır Azərbaycan Evi, İğdır Valiliyi və Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə Qarabağ Zəfərinin 5 illiyi münasibətilə İğdır Mədəniyyət Mərkəzində tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən “İki sahil”ə verilən məlumata görə, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib.
Sonra Qarabağ Zəfərinə həsr olunan film nümayiş göstərilib.
Tədbirdə İğdır Azərbaycan Evinin sədri Ziya Zakir Acar, İğdır Universitetinin rektoru, professor Ekrem Gürel, Azərbaycanın Qars şəhərindəki Baş konsulu Zamin Əliyev və İğdır valisinin müavini Ahmet Gülçiçek çıxış ediblər.
Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordunun peşəkarlığı, xalqın birliyi sayəsində qazanılan Qarabağ Zəfərinin Azərbaycan və Türkiyə qardaşlığının və ədalətin təntənəsi olduğu diqqətə çatdırılıb. İğdırda Qarabağ Zəfərinin 5 illiyinin böyük qürur və sevinc hissi ilə qeyd edildiyi bildirilib. "Qarabağ Azərbaycandır!" ifadəsinin bir həqiqətin və bir millətin iradəsinin təcəssümü olduğu vurğulanıb.
Tədbir bədii hissə ilə davam edib.
Vüqar Rəhimzadə: Azərbaycanın enerji siyasəti qlobal miqyasda sabitliyə töhfə verən strateji modeldir
Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır - Prezident
Aİ komissarı: Azərbaycanın qaz təchizatı İttifaqın enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq