08 noyabr 2025 21:56
84

Naxçıvanda Zəfər Gününün 5 illiyi münasibətilə möhtəşəm atəşfəşanlıq olub

Noyabrın 8-də Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında Zəfər Gününün 5 illiyi münasibətilə konsert proqramı və atəşfəşanlıq təşkil olunub.

“İki sahil” xəbər verir ki, konsertdə tanınmış ifaçılar tərəfindən qələbə ovqatlı mahnılar səsləndirilib, vətənpərvərlik ruhunda kompozisiyalar nümayiş etdirilib, rəqs qruplarının rəngarəng çıxışları olub. Bayram tədbiri saat 18:00-da başlayıb və 3 saata yaxın davam edib. Sonda möhtəşəm atəşfəşanlıq olub.

Qeyd edək ki, bayram tədbiri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil edilib.