Yarmarkada 100-ə yaxın KOB subyektinin məhsul və xidmətləri nümayiş olunur.
“İki sahil” xəbər verir ki, Göyçay şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 8 noyabr – Zəfər Gününə həsr olunmuş “KOB FEST” sərgi-satış yarmarkası keçirilir.
Göyçay şəhər Stadionunda keçirilən yarmarkada Göyçay və ətraf bölgələrdən olan 100-ə yaxın sahibkarın qida və qeyri-qida məhsulları nümayiş olunur. Yarmarkada ziyarətçilərə təbii daşlardan hazırlanmış aksesuarlar, taxtadan və dəridən əl işləri, oyma və toxuma sənəti nümunələri, keramik suvenirlər, orqanik şam və sabunlar, şirniyyat məhsulları, meyvə şirələri, ədviyyatlar, kitablar və s. məhsullar təqdim olunur və satışı həyata keçirilir.
“KOB FEST”in məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına tanıdılması, satış imkanlarının artırılması, eləcə də bölgə sahibkarları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir.
Yarmarka çərçivəsində həmçinin mədəni-əyləncəli proqram və master-klaslar da təşkil olunub.
“KOB FEST” sərgi-satış yarmarkası noyabrın 9-da da davam edəcəkdir.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib