07 noyabr 2025 17:19
121

Azərbaycanda sığorta sektorunun qarşısındakı çağrışlar müzakirə edilib

Azərbaycan Mərkəzi Bankında (AMB) sığorta sektorunun qarşısındakı çağrışlar müzakirə edilib.

"İki sahil" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov sığorta sektorunun rəhbər şəxsləri ilə görüş keçirib.

Görüş çərçivəsində bu ilin III rübü üzrə sığorta sektorunun fəaliyyət nəticələri, üzləşdiyi çağırışlar və ümumilikdə sektorun davamlı inkişafına yönəlmiş təşəbbüslər müzakirə olunub, qarşıdakı dövr üçün strateji hədəflər, eləcə də sığorta əhatəliliyinin artırılması, sektorda dayanıqlılıq prinsiplərinin tətbiqinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.