Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıqca hörmətsizlik edən, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.
“İki sahil” xəbər verir ki, qeyd edilən əməllərə yol verən sosial şəbəkədə "pajiznicesi" səhifəsi işlədən 1998-ci il təvəllüdlü Cəsarət Cavadov Xəzər RPİ 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıb. Onun barəsində məhkəmənin qərarı ilə 60 sutka inzibati qaydada həbs qərarı verilib.
"Apple" istifadəçilərinin diqqətinə: "WhatsApp" və "Telegram"dan gələn faylları açmayın!
Məzahir Əfəndiyev Göyçayda şəhid ailəsi ilə görüşdü, vətəndaşların müraciətlərini dinlədi