07 noyabr 2025 15:27
106

Paytaxtda oğurluq edən 2 nəfər saxlanılıb

Nərimanov rayonu ərazisində bir nəfər polisə müraciət edərək 2200 manat dəyərində qol saatının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyindən "İki sahil"ə Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı A.Xəlilova müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Yasamal rayonunda bir nəfərin bank kartından 1100 manatını oğurlamaqda şübhəli bilinən 31 yaşlı L.Həsənova da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.