Lənkəranda Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar 2000 ədəd ağac əkilib.
Belə ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı sayəsində baş tutan ağacəkmə aksiyası Lənkəran şəhəri Heydər Əliyev prospektini, Hacı Zeynalabdin Tağıyev küçəsini, Liman şəhəri və Haftoni qəsəbəsini əhatə edib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, icra hakimiyyəti aparatının rəsmilərin, Yeni Azərbaycan Partiyasının Lənkəran rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbər heyətin, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, habelə yerli xidmət sahələrinin, təşkilat və müəssisələrin, ictimaiyyətin nümayəndələrin iştirak ilə keçirilən aksiya zamanı 1000 ədəd sərv, 500 ədəd tuya və 500 ədəd eldarşamı cinsli ağac əkilib, ərazidə abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü