06 noyabr 2025 16:24
307

Qazaxıstan taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola salınıb VİDEO/YENİLƏNİB

Noyabrın 6-da Qazaxıstan taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola salınıb. Qatar Biləcəri stansiyasından yola düşüb. Biləcəri–Hacıqabul–Böyük Kəsik marşrutu ilə hərəkətini davam etdirələk yüklər Böyük Kəsik stansiyasına yola salınıb.

Qazaxıstan taxılı ilə yüklənmiş qatarın Azərbaycandan Ermənistana yola salınması zamanı Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya Departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etdiyi kimi, Azərbaycan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətləri aradan qaldırıb: "Artıq Azərbaycandan tranzit keçməklə yüklər Ermənistana göndərilir. Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə 1048 ton 800 kq taxıl yüklü 15 vaqon ötən gün Böyük Kəsik stansiyasından Ermənistana göndərildi. Yüklər Gürcüstana, oradan isə Ermənistana daşınır.”

Bəxtiyar Hacıyev qeyd edib ki, Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb: "Qazaxıstandan göndərilən 1000 tona yaxın taxıl yüklü 15 vaqon noyabrın 5-də Azərbaycana daxil olub. Qatar artıq Biləcəri stansiyasındadır. Biləcəri–Hacıqabul–Böyük Kəsik marşrutu ilə hərəkətini davam etdirəcək və yüklər Böyük Kəsik stansiyasından yola salınacaq. Həm Rusiya, həm də Qazaxıstandan Azərbaycan vasitəsilə Ermənistana yüklərin növbəti partiyalarının göndərilməsi gözlənilir".

Xatırladaq ki, Azərbaycan ərazisindən keçməklə Ermənistana Qazaxıstan taxılı daşıyan 15 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

Orxan Vahidoğlu, "İki sahil"