Hazırda Sudanda iqtisadiyyat, energetika, mədənçilik, yollar, neft və qaz kimi müxtəlif sahələri təmsil edən nazirliklərarası komitə yaradılıb. Bu komitə Azərbaycan tərəfi ilə birgə ortaq layihələrin müəyyənləşdirilməsi və prioritet istiqamətlərin planlaşdırılması üzərində işləyir.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Sudanın fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa söyləyib.
O, həmçinin bildirib ki, Sudan tərəfi yaxın vaxtlarda Azərbaycanın təhsil naziri ilə görüş keçirməyi planlaşdırır: "Məqsəd təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycanda təhsil alan sudanlı tələbələrin sayını artırmaq və yeni birgə proqramlar yaratmaqdır".
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir