 
                    Ümumdünya Poçt İttifaqı (ÜPİ) çərçivəsində fəaliyyət göstərən Filateliyanın İnkişafı üzrə Ümumdünya Assosiasiyasının (World Association for the Development of Philately – WADP) prezidenti və 2026–2029-cu illər üçün İdarəetmə Komitəsinin üzvləri müəyyən edilib.
“İki sahil” xəbər verir ki, ÜPİ-nin rəsmi saytında keçirilən onlayn səsvermənin nəticələrinə əsasən, Azərbaycan Filateliyanın İnkişafı üzrə Ümumdünya Assosiasiyasının prezidenti vəzifəsinə seçilib.
Bu beynəlxalq qurumda Azərbaycanı Assosiasiyanın Prezidenti qismində “Azərpoçt” MMC-nin Marka şöbəsinin müdiri Sitarə Hüseynova təmsil edəcək.
Onlayn səsvermənin nəticələrinə əsasən, 2026–2029-cu illər üçün WADP İdarəetmə Komitəsinin tərkibi aşağıdakı kimi formalaşıb:
Avropa və MDB: Azərbaycan, Rumıniya
Afrika: Keniya
Ərəb regionu: Tunis
Asiya-Sakit okean regionu: Çin, Hindistan
Şimali Amerika və Qərbi Avropa: Belçika, İspaniya
Latın Amerikası və Karib hövzəsi: Çili
Qeyd edək ki, Azərbaycan bu gün Ümumdünya Poçt İttifaqının (ÜPİ) bütün strateji istiqamətlərində fəal şəkildə təmsil olunur. Azərbaycan artıq Poçt Əməliyyatları Şurasının (PƏŞ) üzvü və onun işçi qruplarından birinin həmsədri, eləcə də İdarəetmə Şurasının (İH) üzvüdür.
Növbəti dörd il ərzində Azərbaycanın ÜPİ çərçivəsində bütün səviyyələrdə fəaliyyətə fəal şəkildə qoşulmaq, milli maraqları təşviq etmək və ölkəmizin beynəlxalq poçt ictimaiyyətində mövqelərini daha da möhkəmləndirmək üçün unikal imkanı olacaq.
 
                    
 
                     Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruq və müəsisələrdəki yeniliklər təqdim olunub
                                
                                    
                                    
                                
                                
                                
                                    Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruq və müəsisələrdəki yeniliklər təqdim olunub 
                                 Masallıda “Konstitusiya və Suverenlik ili” çərçivəsində növbəti seminar keçirilib
                                
                                    
                                    
                                
                                
                                
                                    Masallıda “Konstitusiya və Suverenlik ili” çərçivəsində növbəti seminar keçirilib