31 oktyabr 2025 09:57
180

Bir qrup Naxçıvan sakini Bakıdan avtomobil gətirmək adı altında aldadılıb

Bir qrup Naxçıvan sakini Bakıdan avtomobil gətirmək adı altında aldadılıb.

“İki sahil” xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Aparılan araşdırmalarla əvvəllər də məhkum olunmuş 32 yaşlı Tural Bağırovun müxtəlif şəxslərə paytaxtdan münasib qiymətə avtomobil gətirəcəyini vəd edərək onların etimadını qazandığı və bu yolla ümumilikdə 9 nəfəri aldadaraq 58 min 500 manat məbləğində pul vəsaitini ələ keçirdiyi müəyyən olunub

Faktla bağlı Naxçıvan Şəhər Polis İdarəsində dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.