31 oktyabr 2025 09:22
127

MPL: "Qarabağ" "İmişli"ni sınağa çəkəcək

Bu gün Misli Premyer Liqasında 10-cu tur start götürəcək.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə 1 matç keçiriləcək. Son çempion "Qarabağ" "İmişli"ni qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq.

Turun digər qarşılaşmaları isə 1, 2 və 3 noyabr tarixlərində keçiriləcək.

31 oktyabr (cümə)

17:00. “Qarabağ” – “İmişli”
Azersun Arena

1 noyabr (şənbə)

14:00. “Karvan-Yevlax” – “Zirə”
Şamaxı şəhər stadionu

17:00. “Neftçi” – “Kəpəz” 
“Palms Sports Arena”

2 noyabr (bazar)

16:00. “Turan Tovuz” – “Şamaxı”
Tovuz şəhər stadionu

18:30. “Sumqayıt” – “Araz-Naxçıvan”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

3 noyabr (bazar ertəsi)

19:30. “Sabah” – “Qəbələ”
“Bank Respublika Arena”