Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana səfər edəcək.
“İki sahil” xəbər verir ki, bunu açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib.
Diplomat bildirib ki, səfərin başlanması tarixi hələ dəqiqləşməyib:
"Pakistan nümayəndə heyətinə hörmətli Baş nazir rəhbərlik edəcək. Səfər Azərbaycan Prezident İlham Əliyevin dəvəti ilə 8 noyabrda Bakıda keçiriləcək Zəfər paradında iştirak məqsədi daşıyır".
Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər