Biz hamımız şahidik ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının gələcək qələbələrinin təməlini qoyaraq necə böyük bir yol keçib. Biz möhtəşəm zəfərlərin şahidi olmuşuq. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanılıb.
“İki sahil” xəbər verir ki, bu fikirləri Qazaxıstan Parlamenti Məclisinin üzvü Aidos Sarım Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı söyləyib.
O bildirib ki, son 30 il ərzində ölkələrimizin konstitusiyalarında dəyişikliklər edilib. Bu o deməkdir ki, konstitusiya canlı bir alət, bir sənəddir. Konstitusiya hər zaman xalqın iradəsini ifadə edir. O, təkcə böyük ada malik sənəd deyil, eyni zamanda, bütün xalqın maraqlarına xidmət edən əsas qanun olmalıdır.
Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub