Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi tərəfindən Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarının ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri ilə geniş tərkibli görüş keçirilib. Görüş Şamaxı Mədəniyyət Sarayında baş tutub.
“İki sahil” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədr müavini Mirzə Cəfərzadə, komitənin məsul əməkdaşları və 274 ilk həmkarlar ittifaqı təşkilatının sədrləri iştirak ediblər.
Görüş zamanı AHİK və ETİHİ-nin son bir ildə həyata keçirdiyi birgə fəaliyyət istiqamətləri barədə geniş təqdimat nümayiş olunub.
Sonda ilk təşkilat sədrlərinin sualları cavablandırılıb, onların təklifləri dinlənilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.