Oktyabrın 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikası Baş nazirinin müavini, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın həmsədri Natalya Petkeviçlə görüşüb.
Nazirlər Kabinetindən "İki sahil"ə bildiriblər ki, görüşdə Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub, iki ölkənin prezidentlərinin fəal dialoqunun və birgə səylərinin bu inkişafı təmin edən əsas faktor olduğu bildirilib.
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Bakıda keçirilmiş 15-ci iclasının əhəmiyyəti vurğulanıb.
Görüşdə Azərbaycan ilə Belarus arasında müxtəlif istiqamətlərdə, o cümlədən ticarət-iqtisadi, sənaye kooperasiyası, aqrar, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.
Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub