27 oktyabr 2025 17:39
103

İngiltərə və Uelsdəki həbsxanalarda əlavə yoxlamalara başlanılır

Keçən həftə cinsi istismar törətmiş bir miqrantın səhvən azad edilməsi qalmaqalından sonra İngiltərə və Uelsdəki bütün həbsxanalarda əlavə təhlükəsizlik və yoxlama tədbirləri həyata keçiriləcək.

“İki sahil” BBC-yə istinadla xəbər verir ki, hökumət “HMP Chelmsford” həbsxanasından cümə günü səhvən azad edilən Haduş Kebatu hadisəsinin təkrarlanmaması üçün yeni prosedurların tətbiqini əmr edib. H. Kebatu azad edildikdən sonra polis tərəfindən axtarışa verilmiş və bazar günü Londonda saxlanılmışdı.

Rəqəmlər göstərir ki, son bir ildə səhvən azad edilən məhbusların sayı kəskin artıb. 2024-cü ilin aprelindən 2025-ci ilin martına qədər 262 məhbus səhvən azad edilib, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çoxdur.

Qeyd edək ki, Haduş Kebatu yeniyetmə qıza cinsi zorakılıq etdiyi üçün həbs olunmuşdu. O, Britaniyaya kiçik qayıqla daxil olub.