Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən 20-26 oktyabr tarixlərində Çinin 19 aparıcı turizm şirkətinin, eləcə də Cənubi Koreyanın 5 aparıcı turizm şirkətinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil edilib.
“İki sahil” xəbər verir ki, səfər çərçivəsində iştirakçılar Bakı şəhəri ilə yanaşı, Şamaxı, Qəbələ, Şəki və Qax bölgələrinin turizm imkanları ilə tanış olublar.
Tanışlıq səfəri müddətində Azərbaycan və Çinin, həmçinin Azərbaycan və Cənubi Koreyanın turizm sənayesi nümayəndələri arasında B2B görüşlər təşkil olunub və əməkdaşlıq imkanları müzakirə edilib.
Qeyd edək ki, 2025-ci ilin 9 ayı ərzində Çindən Azərbaycana ötən ilin eyni dövrü ilə müqayisədə 51% faiz artımla 49 mindən çox ziyarətçi, Cənubi Koreyadan isə ötən ilin eyni dövrü ilə müqayisədə 10% artımla 13 mindən çox ziyarətçi gəlib.
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib
Aqrar Sığorta Fondu Xaçmaz və Xızıda təsərrüfatlara dəymiş zərərlərə üzrə sığorta ödənişləri həyata keçirib