Litvanın Baş naziri İnqa Ruqinienė bildirib ki, ölkə hakimiyyəti Belarusla sərhədin qeyri-müəyyən müddətə bağlanması təklifini müzakirə edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Biz artıq müəyyən istisnalarla Belarusla sərhədin qeyri-müəyyən müddətə bağlanması barədə qərar hazırlamışıq... Diplomatlar və diplomatik yüklər, eləcə də Belarusdan olan vətəndaşlarımız və Aİ vətəndaşları səyahət edə biləcəklər, lakin bütün digər nəqliyyat vasitələri üçün sərhəd bağlı olacaq", - deyə, o, bildirib.
Bundan əvvəl Litva prezidenti Gitanas Nausėda Kalininqrada tranzitin məhdudlaşdırılmasını təklif etmişdi.
Mirzoyan: Azərbaycan və Türkiyə prezidentləri İrəvanda keçiriləcək sammitə dəvət olunublar
İsveçdə özəl peşə məktəblərinin məzunları əmək bazarında sabit mövqe tuta bilmirlər