Oktyabrın 25-də keçirilən Ana Vətən Partiyasının qurultayında insident yaşanıb. Belə ki, Fəzail Ağamalı sədrliyə oğlunu deyil, deputat qızı Günay Ağamalını gətirmək istədiyi üçün Qurultayın işinə fasilə verərək, üzvləri zaldan çıxarmaq istəyib. Bu zaman tərəflər arasında mübahisə daha da qızışıb və Elçin Ağamalı tərəfdarlarının say çoxluğu ilə Ana Vətən Partiyasına yeni sədr seçilib. Hadisədən sonra Fəzail Ağamalının səhhəti pisləşib və xəstəxanaya aparılıb. Fəzail Ağamalı iddia edib ki, oğlu xəstəxanada onu ziyarət etməyib və vəziyyəti ilə maraqlanmayıb.
“İki sahil” xəbər verir ki, Elçin Ağamalı Bizim.Media-ya açıqlamasında bildirdi ki, atasının xəstəxanaya aparıldığı xəbəri doğrudur:
“Düzü, xəstəxanaya getməmişəm. Amma səhəri gün onunla telefonda danışmışam”. Elçin Ağamalı AVP qurultayının işinə fasilə verilməsi qərarı ilə razılaşmadığını da diqqətə çatdırıb: “Bu gündən növbəti hüquqi prosedurlara başlayırıq. Qurultayın səlahiyyətli olması və yeni sədrin səlahiyyətlərinin təsdiqi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim edilmək üçün hazırlanıb”.
“Siz artıq özünüzü AVP-nin yeni sədri hesab edirsinizmi?” sualımıza Elçin Ağamalı belə cavab verib: “Bəli, mən partiyanın sədri seçilmişəm. Bunu ispat edən qurultayın videoçəkilişi mövcuddur. Qurultayın protokolunu çəkilişlə birgə Ədliyyə Nazirliyinə təqdim edəcəyik”.
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB