26 oktyabr 2025 23:32
133

Güləşçimiz dünya çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi Kənan Heybətov Serbiyanın Novi-Sad şəhərində gənclər arasında (U-23) keçirilən dünya çempionatında qızıl medal qazanıb.

“İki sahil” xəbər verir ki, Kənan Heybətov finalda iranlı Sina Xəliliyə 9:4 hesabı ilə qalib gələrək U23 dünya çempionu titulunu əldə edib.

Hazırda Azərbaycan millisinin hesabında beş medal var: üç qızıl və iki bürünc. Kənan Heybətov (70 kq), Elmir Əliyev (55 kq) və Ziya Babashov (63 kq) dünya çempionu olublar. Ruslan Nurullayev (72 kq) və Günay Qurbanova (59 kq) isə üçüncü yerləri tutublar.