17 yaşadək cüdoçular arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyinin qalibləri müəyyənləşib.
“İki sahil” Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən yarışın son günündə daha 8 çəki dərəcəsində medalçılar bəlli olub.
Oğlanlar
55 kq
Fərid Xuduyev (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
Elməddin Gözəlov (RKİM)
Qismət Tahirov (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM), Fuad Səlimli (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
66 kq
Aydın Alxaslı (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
İlnur Hüseynli (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
Əkbər Əsədov (Fərid İK Sumqayıt), Nahid Rüstəmov (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
81 kq
Akif Məmmədli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
Yusif Abdallı (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
Cahid Qasımlı (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM), Hüseyn Tarverdiyev (RKİM)
+90 kq
Nihad Məlikli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
Hüseyn Hüseynli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
Səid Bəşirli (Qara Bəbir Sumqayıt)
Qızlar
44 kq
Ayan Həsənli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
Ayşən Hüseynzadə (Qara Bəbir Sumqayıt)
Zəhra Əli (Abşeron Xırdalan)
52 kq
Nazlı Səfərli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
Xəyalə Alışova (Uğur İK Sumqayıt)
Yağmur Əhmədzadə (Neftçi Sumqayıt), Məleykə Mürsəliyeva (Neftçi Sumqayıt)
63 kq
Vüsalə Məhərrəmli (ACF)
Dəniz Əlizadə (Olp-Par Sumqayıt)
Rüxsarə Həsənova (ACF)
+70 kq
Arzu Rəşidova (Sumqayıt şəhəri İOEUGİM)
Aişə Jestekina (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
Ceyran Vijehdolatabad (ACF)
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçu bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirmək olub. U-17 üzrə regional birincilik milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandırıb. Birincilikdə Abşeron, Xızı və Sumqayıtdan 217 idmançı mübarizə aparıb.