“Bavariya” daha bir rekorda imza atıb.
“İki sahil” xəbər verir ki, Münhen təmsilçisi Bundesliqanın 9-cu turunda Münhenqladbax “Borussiya”sını 3:0 hesabı ilə məğlub edərək bu mövsüm bütün turnirlərdə 13-cü qələbəsini qazanıb.
Bu nəticə 21-ci əsrdə Avropanın 5 böyük liqasına daxil olan klublar arasında yeni rekord olub. Daha əvvəl oxşar nəticəyə "Milan” 1992/93 mövsümündə imza atmışdı. Lakin “Bavariya” qol fərqinə görə İtalya klubunu üstələyib (47:9 əvəzinə 45:13).
Qeyd edək ki, "Bavariya" hazırda.Bundesliqada 24 xalla liderliyini davam etdirir.